“Belə danışıqlar təklif edirsiniz?” - Zelenski (VİDEO)

18:48 - 1 Noyabr 2022

“Belə danışıqlar təklif edirsiniz?” - Zelenski (VİDEO)

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Nikolayev şəhərini atəşə tutmasının nəticələrini göstərib.

 

Manset.az xəbər verir ki, o, bununla bağlı görüntüləri öz “Telegram” kanalında paylaşıb.

Təhsil və tibb müəssisəsi, ikimərtəbəli yaşayış binası və fərdi yaşayış evləri düşmənin hücumuna məruz qalıb.

“Rusiya dünyası” ukraynalılara nə gətirir? Yaşayış binalarına, yataqxanalara, universitetlərə “S-300” raketləri gətirir. Ağrı, əzab və boşluq hissi gətirir.

Siz belə danışıqlar təklif edirsiniz? Terrorçular. Sizin kinli taktikanızın yeganə mümkün nəticəsi məğlubiyyət olacaq və bütün cinayətlərə görə ədalətli cəza alacaqsınız”, - deyə o qeyd edib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin