İran və Rusiya arasında 4 əməkdaşlıq sənədi imzalandı

19:00 - 1 Noyabr 2022

İran və Rusiya arasında 4 əməkdaşlıq sənədi imzalandı

İran və Rusiya arasında 4 əməkdaşlıq sənədi imzalanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, ikitərəfli münasibətlərin inkişafı üzrə strateji sənədi İran-Rusiya Müştərək İqtisadi Komissiyasında İran nümayəndə heyətinin rəhbəri Cavad Oci və Rusiya Baş nazirinin müavini Aleksandr Novak imzalayıb.

Bundan başqa İncəburun - Gərmsar dəmir yolu xətti layihəsinin elektrikləşdirilməsi üçün kredit müqaviləsi, səhiyyə sahəsində ikitərəfli əməkdaşlıq memorandumu və məhsul ötürmə boru kəmərlərinin EPC layihəsinin həyata keçirilməsi üçün əməkdaşlıq memorandumu iki ölkə arasında imzalanıb.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin