Azad olunmuş ərazilərdə ötən ay bu qədər mina AŞKARLANDI

19:22 - 1 Noyabr 2022

Azad olunmuş ərazilərdə ötən ay bu qədər mina AŞKARLANDI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib. Verilən məlumata görə, oktyabrın 1-dən 31-dək olan dövrdə Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 1373 piyada əleyhinə mina, 461 tank əleyhinə mina və 2301 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 3246,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin