Balıq ovuna gedən kişini İTİ GÜLLƏLƏDİ

20:03 - 1 Noyabr 2022

Balıq ovuna gedən kişini İTİ GÜLLƏLƏDİ

Tümen vilayətinin Tobolsk rayonunda itin təsadüfən yerə atdığı silahdan açdığı atəş nəticəsində bir nəfər ölüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

“İki kişi balıq tutmağa gedib. Yanlarında itlər də olub. Versiyalardan birinə görə, it silaha toxunub, bundan sonra silahdan atəş açılıb. Nəticədə kişilərdən biri yaralanıb”, - məlumatda bildirilir.

Bir müddət xəsarət alan balıqçı huşunu itirməsə də, həkimlər gələnə qədər dünyasını dəyişib. 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin