İsmayıllıda keçmiş məhkum yenidən tutuldu - FOTO

14:20 - 6 Dekabr 2022

İsmayıllıda keçmiş məhkum yenidən tutuldu - FOTO

İsmayıllı şəhəri ərazisində yerləşən 2 fərdi yaşayış evindən oğurluq edilib. Gecə saatlarında evlərə daxil olan naməlum şəxs ümumi dəyəri 3 000 manatdan artıq olan 3 ədəd mobil telefonu və elektron qol saatını oğurlayıb. 

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində başqasının əmlakını gizli olaraq talayan şəxsin rayonun Topçu kənd sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Əfqan Babayev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. 

İlkin araşdırma zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları Bakı şəhərində ayrı-ayrı şəxslərə satdığı məlum olub. Davam etdirilən tədbirlərlə həmin telefonlar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Əfqan Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin