Bu avtobusların hərəkət sxemi dəyişdiriləcək

15:10 - 24 Fevral 2023

Bu avtobusların hərəkət sxemi dəyişdiriləcək

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar, Xocalı prospekti, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

 

Bu barədə Manset.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, bunu nəzərə alaraq qeyd olunan küçə və prospektlərdən keçən 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin