Fevralın 26-da “Xətai” metrostansiyası necə işləyəcək? - AÇIQLAMA

15:30 - 24 Fevral 2023

Fevralın 26-da “Xətai” metrostansiyası necə işləyəcək? - AÇIQLAMA

Fevralın 26-da Bakı Metropoliteninin “Xətai” stansiyası adi iş rejimində fəaliyyət göstərəcək.

 

 Manset.az xəbər verir ki, bunu trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ehtiyat qatarların da xəttə buraxılması nəzərdə saxlanılacaq.

Qeyd edək ki, fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunacaq.

Bu münasibətlə vətəndaşlar Bakının Xətai rayonunda yerləşən və Xocalı faciəsinə həsr olunan "Ana harayı" abidəsini ziyarət edəcək.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin