Rusiya kosmosda əlacsız qalan astronavtlar üçün kosmik gəmi buraxdı – VİDEO

15:35 - 24 Fevral 2023

Rusiya kosmosda əlacsız qalan astronavtlar üçün kosmik gəmi buraxdı – VİDEO

Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Beynəlxalq Kosmik Stansiyada qapalı qalan 3 astronavtın geri dönə bilməsi üçün “Soyuz MS-23” kosmik gəmisinin Qazaxıstanın Baykonur kosmodromundan uğurla buraxıldığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kosmik gəminin 2 gün ərzində Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşacağı bildirilir. “Soyuz MS-23” 2022-ci ilin sentyabr ayında “MS-22” ilə stansiyaya göndərilən və dekabr ayında kosmik gəminin meteoritlə toqquşması nəticəsində yaranan nasazlıq səbəbindən stansiyada qalan 3 astronavtı geri qaytaracaq.

Həmin kosmik gəmi ilə stansiyaya gigiyena dəstləri, təmizləyici materiallar, tibbi ləvazimatlar, qida, su və tədqiqat üçün alətlər daxil olmaqla 430 kiloqram material göndərilir.

Manşet.az


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin