ATƏT PA -da Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçunun cəzalandırılması tələb edildi

16:04 - 24 Fevral 2023

ATƏT PA -da Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçunun cəzalandırılması tələb edildi

Bu gün Vyanada ATƏT PA-nın qış sesiyasının ümumi komitələrinin birgə iclasında çıxış edən Azərbaycan Nümayəndə Heyətinin rəhbəri Azay Quliyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qəti şəkildə pisləyən ATƏT üzvlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ATƏT PA-nın prezidenti Sederfeltə təşəkkür edib.

 

Manset.az-ın məlumatına görə, Azay Quliyev bildirib  ki, İran Azərbaycan səfirliyinə ölümlə nəticələnən terror hücumuna görə birbaşa məsuliyyət daşıyır.

Azərbaycan  teror aktını hazırlayan və törədənlərin qısa müddətdə ədalət mühakiməsinə cəlb olunmasını və cəzalanmasını  gözləyir deyə deputatımız fikrini yekunlaşdırıb.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin