“Barselona” ulduzları ilə vidalaşa bilər

16:47 - 24 Fevral 2023

“Barselona” ulduzları ilə vidalaşa bilər

La Liqa rəhbərliyinin tələbi əsasında maaş limitini azaltmalı olan “Barselona” yayda bir neçə ulduz oyunçusunu sata bilər.

 

Manset.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Xavi Ernandes üçün komandada altı toxunulmaz futbolçu var. Söhbət bu mövsüm komandada əsas fiqurlar olan Ronald Arauxo, Pedri, Qavi, Jül Kunde, Robert Levandovski və Andreas Kristensendən gedir. Mütəxəssis digər oyunçuların hər hansı birinin satılmasına etiraz etməyəcək.

Komandanı tərk etmək ehtimalı olanlar arasında Ansu Fati də var. Hazırda 10 nömrəli formanı geyinən gənc oyunçunun xidmətində bir neçə İngiltərə klubu maraqlıdır. 20 yaşlı vinger özü Kataloniya klubunda qalmaq istəyir.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin