Berlindəki Rusiya səfirliyinin qarşısına tank qoyuldu

17:20 - 24 Fevral 2023

Berlindəki Rusiya səfirliyinin qarşısına tank qoyuldu

Berlindəki Rusiya səfirliyinin qarşısına müharibə zamanı məhv edilmiş rus tankı qoyulub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya-Ukrayna müharibəsinin birinci ildönümündə Berlin Story Bunker Muzeyi Ukraynadakı müharibəyə etiraz etmək və müharibənin vəhşiliyini göstərmək üçün müharibənin əvvəlində məhv edilmiş rus tankını Berlinə gətirib. Ukraynanın paytaxtı Kiyev yaxınlığında minanın üstündən keçərək məhv edilən T-72 tipli tank Rusiyanın Berlindəki səfirliyinin qarşısına yerləşdirilib.

Berlin Story Bunker Muzeyindən Enno Lenze bildirib ki, tankı bura gətirməklə müharibənin vəhşiliyini və dəhşətini göstərmək istəyirlər: "Ancaq biz insanların üz döndərdiyi və ya heç bir mənası olmayan şokedici görüntülərdən və ya bənzər şeylərdən qaçmaq istədik. Tanklar 7,5 kiloqramlıq minanın üstündən keçir və məhv olur" – deyib.

Lenze bildirib ki, tank 2022-ci ilin martında Kiyev ətrafında gedən döyüş zamanı ruslar tərəfindən istifadə edilib və Butça yaxınlığındakı kənddə tank əleyhinə minadan keçərək məhv edilib.

Manşet.az


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin