Rusiyanın Azərbaycanı VURMAQ PLANI – Ukraynadan sonra NÖVBƏTİ HƏDƏF…

09:35 - 8 Mart 2023

Rusiyanın Azərbaycanı VURMAQ PLANI – Ukraynadan sonra NÖVBƏTİ HƏDƏF…

Azərbaycanlı ekofəalların artıq 87 gündür Laçın-Xankəndi yolunda aksiyanı fasiləsiz davam etdirməsi Ermənistanla yanaşı ona havadarlıq edən qüvvələrin də növbəti dəfə əsl simasını, xislətini, məqsədini aydın şəkildə ortaya qoydu.

Laçın yolunun 3 ay bundan əvvələ kimi təyinatı üzrə istifadə edilməməsi, bu yol vasitəsi ilə Ermənistandan Xankəndi istiqamətində Rusiya sülhməramlı kontingentinin müşaiyəti ilə ermənilərin silah-sursat, mina, silahlı dəstələr daşıdığı barədə Azərbaycan tərəfində kifayət qədər faktlar var idi. Lakin 3 gün əvvəl daxil olmuş operativ məlumata əsasən Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Laçın-Xankəndi yoluna alternativ sayılan Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə davam etdiyi barədə məlumatın Azərbaycan Müdafiə Nazirliyinə daxil olması faktı və həmin istiqamətdə separatçılarla hərbiçilərimiz arasında baş verən hərbi insident nəticəsində ölən və yaralananların olması bir daha düşünməyə əsas verdi ki, nə Ermənistan, nə də özünü hər vəchlə vasitəçi, "sülh göyərçini" kimi sırımağa, proseslərə pərçimləməyə çalışan Rusiya Bakı ilə İrəvan arasında sülhdə zərrə qədər də olsun, maraqlı tərəf deyillər. 

Rusiyanın məqsədi...

1. Başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməz olsa da Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları dayanmadan artır ki, bu da Azərbaycana qarşı bölgədə yeni hərbi təxribatlara hazırlıqdan xəbər verir. 

Səbəb gün kimi aydındır. Məlum qüvvələr var gücləri ilə çalışırlar ki, növbəti Brrüssel görüşünü, növbəti sülh danışıqlarını dalana dirəyib, prosesin masa arxasında müzakirəsini deaktivləşdirsinlər. Beləcə Bakı ilə İrəvan arasında sülh müzakirələrini zədələyib regionu postkonflikt dövründən öncəki gərgin vəziyyətə qaytarsınlar. 
Təbii ki, bu can itkisinə, şəhid xəbərinə, vəziyyətin yenidən qarışmasına görə ilk növbədə ən böyük məsuliyyət məhz Rusiya tərəfinin üzərinə düşür. Bu səbəbdən də Rusiya sülhməramlı kontingentinin komandanlığı üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməsində üzərinə götürdüyü öhdəliyin məsuliyyətini dərk etməli, əlini nəhayət daşın altına qoymalıdır.

Bunu Rusiyadan gözləməyə dəyər? Əlbəttə ki, xeyr!

Nəzərə alsaq ki, Rusiya Vaşinqtonun və Şarl Mişelin yenidən aktivliyi nəticəsində Avropa İttifaqının Azərbaycan və Ermənistan liderlərini bir ataya gətirib, sülh istiqamətində nəhayət praktiki addımların atılması məqsədi ilə fəallıqlarını artırdıqları və Brüssel görüşü üçün güclü cəhdlə hazırlıqların davam etdiyi bir ərəfədə bu hadisələr baş verir, demək ki, bu cür həbri insidentlərə kimin rəvac verdiyi, hansı tərəfin maraqlı olduğu gün kimi aydındır. 

Martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakı səfər və Prezident İlham Əliyevlə görüşü, bundan əvvəl onun İrəvanda baş nazir Nikol Paşinyanla görüşməsi faktı da bir daha düşünməyə əsas verir ki, Qərb İrəvanla Bakı arasında növbəti danışıqların hazırlıqlarını sürdürür və bunun baş tutması üçün yekun tamamlanma işləri aparılır. Aydın məsələdir ki, Klaar İrəvana və Bakıya xüsusi missiya ilə gəlib. Avropa İttifaqının rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti görüşünü təşkil etmək istəyir və nümayəndəsini ona görə bölgəyə göndərib. Bu səfər liderlərin görüş tarixini müəyyənləşdirmək adına da olduqca önəmli hesab edilə bilər. 

Bilirik ki, əslində Brüsselin vasitəçiliyi ilə liderlərin beşinci görüş ötən ilin dekabrında olmalıydı. Nikol Paşinyan “görüşdə Makron da iştirak etməlidir” tələbini səsləndirdikdən və Şarl Mişel buna səssiz qaldıqdan sonra İlham Əliyev görüşdən imtina etdi. Şarl Mişelin Makronun iştirakı tələbinin Brüsselin vasitəçiliyinə son qoyacağını, bu zamana kimi sülh istiqamətində atdığı addımlara kölgə salacağını və bundan Rusiyanın istifadə edəcəyini anladığından üçlü görüş modelinə qayıtdığı istisna edilmir.
Bütün bu hazırlıqlar fonunda siyasi meydanda Moskvanın fəallığını artırması, Sergey Lavrovun Bakıya təcili səfəri ilə yanaşı Qarabağda da bir təxribat maşınının yenidən aktivləşməsi bunun arxasında Rusiya amilinin dayandığı iddialarını gücləndirir. Məhz Bakı və İrəvan arasında növbbəti təmaslara hazırlıq getdiyi bir vaxtda Qarabağda bu hərbi insidentlər gözlənilmirdimi, gözlənilirdi. 

Çünki Rusiya razı deyil ki, ABŞ və Qərb bölgədə sabitliyi, sülhü bərqərar edərək Rusiyanın vasitəçilik missiyasının üstündən birdəfəlik xətt çəkməklə yanaşı, Cənubi Qafqazda Rusiya erasının sonunu elan etsin. 

Moskva bölgədə gərginlikdə ən maraqlı tərəflərdən biridir. Belə olmasaydı qeyri-qanuni erməni silahlı dəstələrinin Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında döyüş mövqeyi inşa etmələrinə, ora mütəmadi olaraq alternativ seçim kimi torpaq yollarla gizli şəkildə intensiv olaraq silah-sursat daşımasına göz yumulmazdı. Amma əslində bütün bu proseslərin hamısı məhz elə Rusiya sülhməramlı kontingentinin gözü qarşısında baş verir, bilavasitə bu işin təşkilatçısı elə Rusiyadır. 
Əslində Rusiyanın region üçün hansı planlar qurduğunu, məqsədinin nə olduğunu anlamaq üçün bu sadalanan amillər kifayət edir. Separatçıların dinməz-söyləməz olmaları gərəkirkən Azərbaycan hərbçilərinə atəş açırlarsa, demək ki, onları kənardan dəstəkləyənlər var. 

Qeyri-qanuni erməni silahlı dəstələrinin Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında döyüş mövqeyi inşa etmələri, ora mütəmadi olaraq intensiv şəkildə silah-sursat daşıması əslində Rusiyanın region üçün hansı planlar qurduğunu, məqsədinin nə olduğunu anlamaq üçün kifayət edir.

Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması faktının aşkarlanması və yeni göörüntülərə əsasən onların təhlükəsizliyini məhz Ruisya sülhməramlı kontingentinin həyata keçirməsi bütün qaranlıq məqamlara aydınlıq gətirir. 

Bu kimi təcavüz aktı və təxribatlar bir daha Azərbaycana qarşı işğal siyasətindən əl çəkməyən, regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirən Ermənistana Rusiyanın rəvac verdiyini təsdiq edir. Eyni zamanda bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha təsdiqləyir.

Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, Üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb etməsinə rəğmən Moskva Bakı ilə eyni fikirdə olmadığını Lavrovun son Bakı səfərində də bir daha ortaya qoydu.

Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət ən azı Ermənistan qədər Rusiya tərəfinin üzərinə düşür. Çünki Azərbaycan tərəfindən daha əvvəl də məlumat verildiyi kimi, Ermənistan ərazilərimizin 30 illik işğalına son qoyulduğu 44 günlük Vətən müharibəsindən sonra da öz təxribatlarından əl çəkməyib, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycan ərazilərinə silah, sursat və Ermənistan Respublikasında 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını və yerləşdirilməsini məhz Rusiya sülhməramlı kontingentinin gözü önündə həyata keçirib. Rusiyanın bu prosesləri sükutla qarşılaması, təxribatlara seyirci qalması bütün şübhələri elə Moskvanıın üzərinə yönəldir. 

Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolun Xankəndi-Laçın yolu olduğunu bildiyimiz halda, Rusiya hərbi kontingentinin ermənilərin torpaq yollarla silah daşımasına imkan yaratması, elə ən birinci Moskvanın üçtərəfli 10 noyabr bəyanatını pozması deməkdir. 

Baxmayaraq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda mətbuat konfransında Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsibnin yaradılmasıyla bağlı suala belə cavab demişdi ki, “tərəflər 2020-ci il 10 noyabr bəyanatına zidd addımlar atmamalıdırlar”. Yəni Lavrovun yanlış məntiqinə görə, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yarada bilməz. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono isə iki gün əvvəl Bakıda bildirdi ki, ABŞ Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı maraqlarını anlayır. Yəni amerikalı diplomat Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının Azərbaycanın müstəsna hüququ olduğunu qeyd etmiş oldu, Bakının təşəbbüsünə dəstəyini ifadə etdi. Böyük ehtimalla ABŞ kimi Brüssel də Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasına etiraz etməyəcək.
Baş vermiş son insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir. Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsi olmazsa olmaza çevrilir. Çünki Laçın yolundakı rus hərbçilərinin rentgen aparatıyla təhciz olunması mənasız və faydasızdır. Rentgen aparatına və oradan keçirilən əşyalara Azərbaycan özü nəzarət etməyəcəksə, hərbi sursat və minaların yenə separatçılara daşınması prosesinin davam edəcəyi zərrə qədər də şübhə doğurmur. 

2. Bildiyimiz ki, 10 noyabr üçtərəfli bəyanatına görə də 2025-ci il Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisində müvəqqəti fəaliyyətinin son ili ola bilər. O da şübhə edilmir ki, Rusiya hərbi kontingentinin aktiv iştirakı ilə separatçıların yeni təxribatlar, lokal toqquşmalar səviyyəsində həebi insident hazırlığına öz dəstəyini ifadə edərək bölgədə vəziyyəti gərginliyinin pik həddinə çatdırmaq niyyəti güdür. Nəticədə isə 2025-ci il yaxınlaşdıqca "azərbaycanlılar və ermənilərin birgəyaşayışı mümkün deyil" rəyi gücləndirilir. Bununla da Rusiya sülhməramlı kontingentinin Qarabağda daha uzun müddəti qalmasını təmin etməyi planlaşdırır. 

Rusiya tərəfi heç cürə razıl deyil ki, iki xalq, dövlət arasında yaralar qaysaq bağlasın, qarşılıqlı nifrət azalsın. Beləcə, Moskva Qarabağın etkin erməniləri arasında və erməni ictimaiyyətində "bunların tərkibinə keçsək, Azərbaycan vətəndaşlığın qəbul etsək bizi yaşatmazlar" düşüncəsini qüvvətləndirir ki, bu da Ermənistanda Azərbaycana qarşı revanş hissini, qisas istəyini artırmaqdan başqa heçnəyə xidmət etmir. 

Bu durumun başqa kimə və nəyə xidmət etdiyi ortada olduğu halda, təəssüf ki, rəsmi İrəvan və erməni ictimaiyyəti artıq neçənci dəfədir eyni oyunun iştirakçısı olur.
Moskva İrəvanın ona etdiyi xəyanət, danışdığı nağıllar, verdiyi boş vədlərin eynisini Bakıya qarşı edir. Buugün faktiki olaraq Rusiyanın Azərbaycana qarşı etmədiyi təxribat qalmadı. Rusiya nəqliyyat vasitələrinin erməni separatçılarının Laçına alternativ yollarla silah daşıyan nəqliyyat vasitələrini müşayiət etməsinin məqsədi bəllidir. Əlbəttə, Azərbaycan Qarabağda rusiyalı hərbçilərlə toqquşmaq istəyindən çox uzaqdır, bəlkə də ən son düşündüyü məsələdir, lakin bıçaq sümüyə dirənərsə nələr olur, bunu Azərbaycanın yazdığı tarixin timsalında elə ən yaxşı və ən yaxından Rusiya özü şahid oldu. Odur ki, Moskva separatçıları silahla yemləməkdə davam edəcəksə, bunun sonrası barədə də düşünməsini bilməlidir. Çünki Azərbaycan onun da çarəsini tapmaq məcburiyyətində qalacağı halda, Rusiya tək Azərbaycan kimi sözü-əməli bir müttəfiqi itirmiş olmayacaq, eyni zamanda Cənubi Qafqazdakı mövqeyi ilə də əbədi vidalaşacaq.

Atabəy Türkel
 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin