“Sevgidən doğulan övlad istəyirəm” - Dilarə (FOTO)

18:12 - 2 Aprel 2023

“Sevgidən doğulan övlad istəyirəm” - Dilarə (FOTO)

Müğənni Dilarə Kazımova səmimi açıqlamalar edib.

 

Manset.az xəbər verir ki, sənətçi “MTV xəbər”ə müsahibəsində ikinci dəfə ailə qurmaq istəyindən söz açıb.

“Ailə mənim üçün hər şeydir. Bir az ciddi yanaşıram belə şeylərə. Tez-tez soruşurlar ki, niyə ərə getmirsən. Çünki bir dəfə belə oldu, getdim. İndi daha yaxşı olmalıdır! Rast gəlsə, belə insan, vurulsam, başa düşəcəm ki, bu insanla ailə qurmaq, bərabər olmaq istəyirəm, ola bilər.

Sadəcə sağa-sola baxırsan, heç kim xoşuma gəlmir. Bu da problemdir. Bəli, sevgidən doğulan uşaq, insan gözəl olur. Mən özüm də sevgidən doğulmuşam (gülür). Yəni, həqiqətən sevgi ilə yaşamaq istəyirəm. Çünki sevgi olmasa, o insanla bərabər yaşaya bilmərəm. Xasiyyətimi bilirəm, alınmaz!”, - deyə, ifaçı bildirib.

D.Kazımova söhbət əsasında keçmiş qayınanasından da bəhs edib:

“Ərdə olanda qayınanam məni çox istəyirdi, sevirdi. Hətta mənim videolarımı paylaşırdı. Çox xoş idi mənə. İndiyənə kimi də mənə baxır, kliplərimi paylaşır. Çox şirindi!”.

Dilarə özünü ona bənzədənlərə də ismarış göndərib:

“Ümumiyyətlə, kimsə oxşarlıq etdi, kim təkrarladı - bu mənə xoşdur. Deməli, insanların xoşuna gəlir, ona görə eynisini edir! Sadəcə onu keyfiyyətli etsə, yaxşı olar! Mənim ayaqqabımı heç kim geyinə bilməz və s. Mən belə fikirləşmirəm. Belə fikirləşsən problemdir. Çünki yüz faiz ayaqqabını geyinəcəklər də, keçəcəklər də. Məncə, biraz daha sadə olmaq lazımdır!”. (Olay.az)



Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin