"Öz xoşu ilə uşaqları bizə verib, aparmır" - Mətanət İsgəndərli

21:55 - 9 Aprel 2023

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana ilə aralarındakı münasibətdən danışıb. 

 

Manset.az xəbər verir ki, "Günaydın, Azərbaycan" verilişinə qonaq olan müğənni nəvələrinin onunla yaşadığını deyib. o bildirib ki, Canana 3 övladını onlara verib:

"Onu uşqlarından ayıran olmayıb. Özü gətirib. Öz xoşu ilə verib bizə. İstədyi vaxt gəlir aparır və gətirir. Haqqı, hüququdur. Nə vaxt istəsə, gəlib uşaqları apara bilər. Amma aparmır". 

Qeyd edək ki, Canana və M.İsgəndərlinin oğlu Kərim qalmaqallı şəkildə ayrılıblar. Üç uşağın qəyumluğu anaya verilsə də, onlar M.İsgəndərli ilə qalır.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin