“Təxribat erməni komandirin əmri ilə törədilib” - Ceyhun Bayramov

13:19 - 12 Aprel 2023

“Təxribat erməni komandirin əmri ilə törədilib” - Ceyhun Bayramov

“Əfsuslar olsun ki, ilk dəfə deyil bölgədə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müsbət addımlar atılanda, biz Ermənistan tərəfindən törədilmiş siyasi-hərbi təxribatların şahidi oluruq”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın dünənki təxribatından danışarkən deyib.

Nazir bu hadisəni planlaşdırılmış təxribat adlandırıb: “Erməni komandirin və müavininin orada olması o deməkdir ki, hadisə onların əmri ilə baş verib və bu, hər hansı adi hərbçinin fəaliyyəti deyil. Bu, düşünülmüş hadisədir. Ermənistan təhrikçi addımlardan çəkinməlidir. Bunun nəticələri Ermənistan üçün ağır olacaq”. 


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin