Atası azərbaycanlı olan rus yazıçı vəfat etdi - FOTO

22:04 - 12 Aprel 2023

Atası azərbaycanlı olan rus yazıçı vəfat etdi - FOTO

Rusiyalı yazıçı Eduard Bağırov vəfat edib.

 

Manset.az  "Kommersant"a istinadən xəbər verir ki, o, 48 yaşında Moskvada dünyasını dəyişib.

Bloger İlya Varlamovun sözlərinə görə, yazıçı son bir həftə ərzində komada olub.

Eduard Bağırov 1975-ci ildə Türkmənistanda anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. Bağırov “Qonaq işçisi”, “Aşiqlər” və “İdealist” romanlarının müəllifi, kino yazıçısı və siyasi məsləhətçi kimi tanınır. 

2002-ci ildə Eduard Bağırov yazıçı Sergey Minayevlə birlikdə "litprom.ru" ədəbiyyat portalını təsis edib və 2005-ci ildən onun baş redaktoru olub.

Bağırov 2012-ci il seçkilərində Vladimir Putinin rəsmi nümayəndəsi olub, həmçinin 2016-cı ildə Rusiya vətənpərvərləri partiyasından Dövlət Dumasına namizədliyini irəli sürüb. 



Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin