ATƏT sədrindən Azərbaycanla bağlı PAYLAŞIM

22:15 - 12 Aprel 2023

ATƏT sədrindən Azərbaycanla bağlı PAYLAŞIM

ATƏT-in fəaliyyətdə olan sədri Bujar Osmani Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

 

Manset.az  xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

"Azərbaycan və Ermənistan arasındakı problemlərin dinc, hərtərəfli və dayanıqlı nizamlanmasını hədəfləyirik", - Osmani qeyd edib.

Xatırladaq ki, Osmani bu gün Azərbaycana səfər edib. O, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. ATƏT sədri bundan əvvəl Gürcüstanda olub, daha sonra Ermənistana səfər edəcək.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin