Ukrayna səfirindən Ramazan TƏBRİKİ - FOTO

10:31 - 21 Aprel 2023

Ukrayna səfirindən Ramazan TƏBRİKİ - FOTO

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanyevski Ramazan bayramı münasibətilə təbrik paylaşımı edib.

 

Manset.az xəbər verir ki, diplomat bu barədə feysbuk səhifəsində yazıb.

"Sülhün, harmoniyanın və birliyin qorunmasına töhfə verən ümumbəşəri dəyərlərin - doğmalara və yaxınlara qarşı qayğı, mərhəmət və qarşılıqlı anlayış rəmzi olan Ramazan Bayramı münasibətilə müsəlmanları səmimi qəlbdən təbrik edirik! Bu bayram işığın qaranlıq, xeyirin şər üzərində qələbəsinə inamla doludur.

Bu gün biz digər dinlərin nümayəndələri ilə çiyin-çiyinə dövlətimizi rus işğalçılarından müdafiə edən Ukrayna müsəlmanlarını minnətdarlıqla xatırlayırıq. Hər bir vətəndaşın dini etiqad azadlığı üzrə hüquqlarının qorunduğu ölkəmizin konfessiyalararası olması ilə də fəxr edirik. Allah bütün müsəlmanları hifz etsin, ailələrinə əmin-amanlıq və rifah nəsib etsin!", - deyə o qeyd edib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin