Aygün Kazımovadan bayram paylaşımı - FOTO

14:13 - 21 Aprel 2023

Aygün Kazımovadan bayram paylaşımı - FOTO

Xalq artisti Aygün Kazımova Ramazan bayramı münasibətiylə paylaşım edib.

 

Manset.az axşam.az-a istinadən bildirir ki, izləyicilərini təbrik edən Pop diva bunları yazıb:

"İlin ən ən gözəl günü, 11 ayın sultanı - Ramazan bayramıdır. Dünya müsəlmanlarının bu əziz günü - Ramazan bayramı münasibətiylə hər birinizi təbrik edirəm. Allah tutduğunuz orucu qəbul etsin. Süfrəniz bərəkətli, eviniz hüzur və sevgidolu, ruziniz bol olsun. Bayramlar sevgi ilə qucaqlaşmaq üçündür. Sevdiklərinizə sarılıb, həyatınızı gözəlləşdirməyi unutmayın. Bu gün sevinc günüdür, kədəri bir kənara buraxıb xoşbəxt olaq. Hər gününüz bayram ab-havalı olsun. Xeyirli bayramlar".



Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin