"Bəzən taksilərdə çox əzab çəkirəm, yarı yolda düşürəm" - Əməkdar artist (FOTO)

10:15 - 24 Aprel 2023

"Musiqi zövqü formalaşdıran bir şeydir. Düşünürəm ki, bu, insanın intellekti ilə də çox əlaqəlidir".

 

Manset.az xəbər verir ki, bunu vokalist, Əməkdar artist İlham Nəzərov İTV-nin efirində "Sabahın xeyir, Azərbaycan" proqramında deyib.

O bildirib ki, taksi sürücülərinin böyük əksəriyyətinin musiqi zövqü ürəyincə deyil:

"Mən tez-tez taksidən istifadə edirəm. Maşın sürə bilmirəm, təəssüf ki. Taksilərdə fərqli musiqi zövqünə malik sürücülərlə rastlaşıram. Bəzən çox əzab çəkirəm. O musiqiləri dinləməyə məni məcbur etmirlər. Mən o taksidə əyləşirəmsə o mahnıları dəyişdirirəm. Rica edirəm ki, o yarım saatı, 45 dəqiqəni söndürün, mən dincəlim. Sağolsunlar, etiraz etmirlər. Etiraz edəndə isə mən taksini tərk edirəm".



Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin