Aftandil İsrafilovun son vəziyyəti AÇIQLANDI

14:35 - 25 Aprel 2023

Aftandil İsrafilovun son vəziyyəti AÇIQLANDI

Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

 

Manset.az xəbər verir ki, bu barədə Lent.az-a sənətkarın qızı Həcər xanım məlumat verib.

O qeyd edib ki, atasının vəziyyəti sabit ağır olaraq qalmaqdadır. "Heydər Əliyev Fondu onun səhhətini daim nəzarətdə saxlayır. Buna görə Birinci vitse-prezident, fondun prezidenti Mehriban Əliyevaya minnətdarıq”, - deyə o bildirib.

Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəlində və dekabr ayında da xəstəxanaya aparılıb, daha sonra səhhəti normallaşıb. O uzun müddətdir xəstəxanada müalicə alır.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin