Bəstinin “milyonluq evi var” sözləri Rühəngizi qəzəbləndirdi - VİDEO

18:45 - 26 Aprel 2023

Bəstinin “milyonluq evi var” sözləri Rühəngizi qəzəbləndirdi - VİDEO

Əməkdar artist Rühəngiz Allahverdiyeva ilə Bəsti Bəkirova arasında mübahisə yaşanıb. 

 

Manset.az bizim media-ya istinadən xəbər verir ki, hadisə Bəstinin evində yaşanıb. 

Aparıcı Elgiz Əkbərin də Bəstinin evində qonaq olduğu zaman "TikTok" sosial şəbəkə platformasında açdığı canlı yayımda izləyicidən gələn "Necə olur ki, o qədər də tanınmayan Bəsti Bəkirovanın milyon yarımlıq əmlakı var, amma

Rühəngiz Allahverdiyevanın heç nəyi yoxdur?" sualı iki sənətçini üz-üzə qoyub.  

Belə ki, sualı eşidən Bəkirova "Mənim yarım milyonluq yox, yüz milyonluq evim olmalı idi. Rühəngizin də varıdır, sadəcə gizlədir" sözlərini dilə gətirib. 

Bəstinin bu fikirlərinə etiraz olaraq Rühəngiz "Nəyi gizlədirəm Bəsti? Milyonumun olması oğlan övladlarımın universitet bitirməsi, verdiyim təhsil, əynimə geyindiyim geyimlər, illərlə sənətimə qoyduğum sərmayədir. Hər şeyi özüm üçün

eləmişəm. Mən acından ölmürəm. Bəsti gizlətdiyim yeri bilirsənsə, gəl mənə göstər, mən də gedib yeni aldığım evimə iki qapı qoyum. Pulum qurtarıb, evimə qapı qoya bilmirəm. Yalan danışmağı sevmirəm. İnsanlar var ki, gedirlər kirayə

geyimlər alıb, deyir ki, mənimdir. Sən beş manatlıq da paltar geyinə bilərsən, əsas odur ki, sənə yaraşsın" kəlmələri dilə gətirib. 

Bəsti isə cavab olaraq "Səkkiz otaqlı evin var" deyərək Rühəngizi özündən çıxardıb. 

Allahverdiyeva "Deyirlər ki, bahalı yatağın ola bilər, amma yata bilmərsən. Bahalı evin ola bilər, amma orada sağlam olmaya bilməzsən. Siz elə səkkiz otaq deməklə deyil. Bunun mətbəxi, qarderob otağı və sairə var" sözlərini bildirərək

məsələni yumuşaltmağa çalışıb. 

Həmin anlar isə aparıcı Elgiz Əkbərin "YouTube" kanalında yayımlanıb. 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin