İrəvanda ABŞ, Rusiya və Fransa səfirləri ilə sülh müzakirəsi

22:38 - 8 May 2023

İrəvanda ABŞ, Rusiya və Fransa səfirləri ilə sülh müzakirəsi

Ermənistan xarici işlər nazirinin müavinləri Vahe Gevorqyan və Vahan Kostanyan Rusiya səfiri Sergey Kopirkin, ABŞ səfiri Kristina Kvin və Fransa səfiri Ann Luonu ilə görüşlər keçirib.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Görüşlər zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə fikir mübadiləsi aparılıb.

Xarici işlər nazirlərinin müavinləri Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi çərçivəsində fundamental məsələlərlə bağlı İrəvanın mövqeyini təqdim ediblər.



Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin