Avropa İttifaqı təsdiqlədi - Əliyev və Paşinyan görüşəcək

00:20 - 9 May 2023

Avropa İttifaqı təsdiqlədi - Əliyev və Paşinyan görüşəcək

Avropa İttifaqı Şurası Ermənistan və Azərbaycan liderlərinin həftəsonu Brüsseldə görüşəcəyi barədə məlumatı təsdiqləyib.

 

Manset.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumatda bildirilir.

Qeyd olunur ki, İlham Əliyev və Paşinyan Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə 2023-cü il mayın 14-də danışıqlar aparacaq.

"Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqə saxlamağa davam edir", - açıqlamada deyilir.

Xatırladaq ki, bu gün Britaniyanın "Financial Times" qəzeti Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bu həftəsonu Brüsseldə görüşə biləcəyini yazıb. Mənbələr qeyd edib ki, İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın iyunun 1-də Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla daha bir görüş keçirməsi planları da var.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin