Ermənilərin növbəti yalanı belə ifşa olundu - VİDEO

19:13 - 18 May 2023

Ermənilərin növbəti yalanı belə ifşa olundu - VİDEO

Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti növbəti dəfə çaşdırmaq məqsədi ilə yalan məlumat yayır.

 

Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni Laçın-Xankəndi yolunda qurulmuş sərhəd-buraxılış məntəqəsindən BQXK avtomobillərinin buraxılmadığını və yayılmış videogörüntülərin guya köhnə olduğunu iddia edib.

Manset.az xəbər verir ki, “Report” öz növbəsində bu gün, 18 may 2023-cü il tarixdə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə BQXK-ya məxsus təcili tibbi yardım avtomobilinin keçidini əks etdirən görüntüləri təqdim edib.

Göründüyü kimi erməni əsilli şəxslər sərhəd-buraxılış məntəqəsindən heç bir maneə olmadan istifadə edirlər.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin