"Lotu Quli"nin qisasını almaq istəyən "qanuni oğru" SAXLANILDI

18:13 - 4 İyul 2023

Belarusda "qanuni oğru"  Aleksandr Kuşnerov saxlanılıb. 

 

Manset.az xəbər verir  ki,  bu  barədə Belarus KİV-ləri  məlumat yayıb 

“Kuşner” ləqəbli “qanuni oğru”nun həbsinin mərhum azərbaycanlı kriminal avtoritet Nadir Səlifovla bağlı olduğu qeyd edilib. Belə ki, “Kuşner” 2020-ci il avqustun 20-də qətlə yetririlmiş “qanuni oğru” “Lotu Quli”nin qisasını almağa söz veribmiş. Buna görə o, muzdlu qatillər tutaraq, “Lotu Quli”-nin qətlinin təşkilində iştirak edənlərin qətlini sifariş edib.

Bunun üçün ilkin olaraq onlara 10 min ABŞ dolları verib. İş başa çatdırılandan sonra isə əlavə 300 min ABŞ dolları ödəyəcəyini vəd edibmiş. 

Lakin hüquq-mühafizə orqanları buna imkan verməyiblər. “Kuşner” həbs edilib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin