Qazaxda hesaba görə kafe sahibini bıçaqladılar

08:49 - 11 Avqust 2023

Qazaxda hesaba görə kafe sahibini bıçaqladılar

Qazaxda kafe sahibi hesab üstündə bıçaqlanıb.

Manset.az Report-a istinadən xəbər verir ki, Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarov mübahisə zəminində sinə nahiyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılıb və istintaqa təhvil verilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, müştəri qismində kafeyə gedib. Yeyib-içdikdən sonra hesabı istəyib. Hesabla razılaşmayıb və kafe sahibi ilə mübahisə edib.

Bu zaman müştəri kafe sahibinə bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin