Lənkəranda qəzaya düşən maşın yandı - Xəsarət alanlar var

15:31 - 20 İyun 2021

Lənkəranda qəzaya düşən maşın yandı - Xəsarət alanlar var

Lənkəranda qəzaya uğrayan avtomobil yanıb.

Manset.az xəbər verir ki, hadisə Bakı-Astara-İran İslam Respublikası sərhəd yolunun Lənkəranın Boladi kəndində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı zolaqlararası beton maneəyə çırpılıb və bundan sonra alışıb. Hadisə zamanı 1960-cı il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə FHN-in xilasediciləri və yanğın söndürmə maşınları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.(report)


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin