İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

10:37 - 11 Avqust 2023

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Hazırda dünya informasiya və kommunikasiya texnologiyaları əsrində yaşayır. Rəqəmsallaşma həyatın bütün sahələrində mühim yer tutur. İnformasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. Son illər ölkəmiz informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi sahəsində ciddi addımlar atır.

Mövzu ilə bağlı Manset.az-a açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, elektron hökumət portalı bizimlə individual və interaktiv münasibətdədir və Azərbaycan hal-hazırda daha da irəli inkişaf etmiş sistemlər qura bilər.

İKT üzrə ekspertin sözlərinə görə bizim problemimiz ondadır ki, Azərbaycandakı bütün qurumlarda kirli datalar təmizlənməlidir:

“Elektron hökumət portalı daim tərəqqi etməlidir. Çünki 5 il əvvəl kommunal sahədə sayğaclar üçün smart kartlar çıxanda biz onun ağıllı sistem olduğunu düşünürdük. Amma indi baxırıq ki, o smart kartlar yenə də insan faktoru tələb edir. İndi internetdən pulu yükləyirik sayğac özü birbaşa əlaqə yaradır. Həmçinin, əvvəl bizə təqdim olunan elektron hökumətdə sadəcə girib məlumatı görə bilirdik. Amma indi yeni vizyon var. Yeni vizyonda artıq biz müxtəlif sənədlər üçün birbaşa elektron müraciət edə bilirik. Məsələn, şəxsiyyət vəsiqəmizi itiririk, elektron müraciət edirik. Bir də qurumun özünə gedib gəlməyə ehtiyac qalmır. Müqavilələr onlayn formada olmalıdır. Əmək və Əhalinin Sosial Nazirliyində əvvəlcə MAS vardı, indi isə “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib.  MAS sadəcə bildiriş verirdi. Müqavilə kağız daşıyıcıda idi. Amma indi elektron müstəviyə keçirik. Müqavilələr hər hansı elektron imza ilə təsdiq olunur. Əvvəl elektron hökumət informativ idi. Biz onun elektron tərəfindən ancaq informasiya almaq üçün istifadə edirdik. Artıq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi super portal adı altında yeni bir elektron hökumət vizyonuna qədəm qoyub”.

Elvin Abbasov qeyd edib ki, bu gün informasiya və kommunikasiya texnologiyaları özü bir sahə olmaqdan başqa bütün sahələrin əsas fundamental tələbinə çevrilib:

“Hər hansı bir sektor özünü rəqəmsallaşdırdıqca daha çox mənfəət əldə edir, xərclərini azaldır, şirkətin əhatəsi genişlənir, müştəri seqmenti və əlçatanlıq artır, fiziki müraciətlər azalır. İnformasiya kommunikasiya texnologiyaları dedikdə hal-hazırda bütün sahələr, ümumiyyətlə, bu sistem nəzərdə tutulur. Çünki artıq hər şey, həm dövlət xidmətləri, həm də özəl sektordakı bütün fəaliyyətlər rəqəmsallığa doğru gedir. Məsələn, logistikada olan ünsiyyətlər artıq rəqəmsallaşıb. Həmçinin, görüşlərin çoxu onlayn formada keçirilir. İnsanlar evlərində oturduğu yerdən dövlətlə olan münasibətərini tənzimləyir. Rəqəmsallaşma həcmini artırdıqca bütün sektorlar daha da inkişaf edir. Məsələn, kənd təsərüfatı, neft, qaz, enerji sahəsində avtomatlaşma artdıqca emal olunan məhsulun keyfiyyətinə, onun ərsəyə gəlməsində xərclərin azalmasına, həmçinin, insan faktorunun təhlükəli iş pozisyalarından çıxmasına səbəb olur. Rəqəmsallaşma inkişaf etdikcə insan faktoruna söykənən səhvlər də azalır. Meyarlar ölçülə bildiyi üçün məhsulda dəqiq keyfiyyət əldə olunur. Avadanlıqların avtomatlaşması daha çox neft, qaz, kənd təsərrüfatı, metrelogiya, və s. baş verir. Həm xidmət, həm də istehsalat sahəsində rəqəmsallaşma və avtomatlaşma həcmini artırdıqcə həmin nisbətdə keyfiyyət və səmərəlik də artır”.

6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

Əfsanə Rəcəb

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin