Zaqatalada çayxanada dava: Xəsarət alan var

22:32 - 20 Avqust 2023

Zaqatalada çayxanada dava: Xəsarət alan var

Zaqatalada çayxanada dava olub, xəsarət alan var.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəpənəkçi kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Elnur Hidayət oğlu Abdurahmanovla rayonun Mosul kənd sakini, 1974-cü il təvəllüdlü İlham Əsədullayev arasında mübahisə baş verib.

Mübahisə zamanı İ. Əsadullayev əlində olan bizlə E. Abdurahmanova xəsarət yetirib.

Hadisədən sonra E. Abdurahmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

E.Abdurahmanovun üzərində cərrahiyyə əməliyyatı aparılıb, hazırda müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində E. Abdurəhmanova deşici alətlə xəsarət yetirən rayonun Mosul kənd sakini, 1974-cü il təvəllüdlü İlham Əsədullayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin