Bu jurnalistlərin övladları tələbə adı qazandılar - SİYAHI

12:15 - 31 Avqust 2023

Bu jurnalistlərin övladları tələbə adı qazandılar - SİYAHI

Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb.

 

Manset.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, abituriyentlər bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələrinə baxmaq üçün şəxsi kabinetin istifadəçi adı (FİN) və parolunu buradakı müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basmaqla öyrənə bilərlər.

Ali məktəbə qəbul olanlar arasında media nümayəndələrinin övladları da var.

Bakıvaxtı.az həmkarlarımızın tələbə adını qazanan övladlarını təqdim edir:

DİM-in nəticələri elan olunmamışdan tələbə adını qazananlardan biri Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlunun qızı Nərgiz Məmmədlidir. Belə o, Türkiyənin Süleyman Dəmirəl Universitetinin Jurnalistika fakültəsinə burslu qəbul olub.

"Olaylar" qəzetinin əməkdaşı Süleyman İsmayılbəylinin də övladı da Türkiyədə ali təhsil alacaq. Belə ki, oğlu Məhəmməd Hacəttəpə Universitetinin Tibb fakültəsinə qəbul olub.

Modern.az saytının rəhbəri Elşad Eyvazlının oğlu Tuncay Eyvazlı isə Macarıstanda ali təhsil alacaq.

Mərhum jurnalist Şahin Ağabəylinin oğlu Ağasalam Ağabəyli Trabzon Texniki Universitetinin  Mədən Mühəndisliyi fakültəsinə qəbul olub.

Medianın İnkişafı Agentliyinin (MRDİ) əməkdaşı Pərvanə İbrahimovanın oğlu Ərhan İbrahimov da tələbə həyatı yaşayanlardan olacaq.

Daha bir həmkarımızın övladı təhsil üçün Türkiyəyəy üz tutur. "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyevin oğlu Fərid Ankara Universitetinin Siyasal Bilgilər fakültəsi, biznesin idarəedilməsi ixtisasına qəbul olub.

 

ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyevin qızı Gülnur Niftəli də tələbə adını qazananlardandır. O, İqtisad Universitetinin Beynəlxalq münasibətlə fakültəsinə qəbul olub.

"Azəriqaz" ASC-nin mətbuat katibi Eldəniz Vəliyev də tələbə atasıdır. Oğlu Amin Yeditepe Universitetinin Oyunçuluq fakültəsinə qəbul olub.

Samir Əli də övladının tələbə adını qazanmasından sevinən həmkarlarımızdandır. Oğlu Seymur Güləliyev Kooperasiya Universitetini qazanıb.

Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədovun övladı Azərbaycan İqtisad Universitetinin Menecment fakültəsinə qəbul olub

Jurnalist Vəfa Aslanın oğlu Azərbaycan Tibb Universitetinə qəbul olaraq tələbə adı qazanıb.

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin qızı Xədicə Azərbaycan İlhaiyyat İnstitutunun tələbəsi adını qazanıb.

Yevlaxda fəaliyyət göstərən El TV-nin əməkdaşı İnqilab Şirinlinin qızı Nəzrin Şirinli Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olunub.

Bakıvaxtı.az


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin