"TikTok"da canlı yayım açan sürücü işdən ÇIXARILDI

18:18 - 10 Sentyabr 2023

Avtobusu idarə edən zaman "TikTok"da canlı yayım açan sürücü işdən azad edilib.

 

Bu barədə Manset.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman "TikTok" platformasında canlı yayım açmasına dair görüntülər yayılıb. Məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırılıb.

Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin