"Paşinyanın separatçları təbrik etməsi rəsmi Bakının qəti addımlar atmasını qaçılmaz edir" - Aydın Hüseynov

10:39 - 11 Sentyabr 2023

"Paşinyanın Qarabağda qondarma rejimin keçirdiyi “Prezident seçki”si ilə bağlı təbrik məktubu ünvanlaması açıq təxribat və separatizmə açıq dəstəkdir. Bütün ölkələr və beynəlxalq təşkilatlar dünən yaydıqları bəyanatlarda belə bir seçkini tanımadıqlarını, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər. Ona görə də beynəlxaql ictimaiyyətin mövqeyini bilə-bilə Paşinayanın bu cür təhrikedici addımları sülhü pozmağa xidmət edə bilər və Azərbaycanın sülhəməcburetmə əməliyyatının yeni mərhələsini başlada bilər”.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.


A.Hüseybovun sözlərinə görə, Paşinyanın Qarabağla bağlı iddiaları Ermənistanın işğalçılıq siyasəti əsasında oturtmağa çalışıb nəyəsə ümid bəsləyir. Paşinyanın nəyi, hansı səbəbə deməsindən asılı olmayaraq, onun Qarabağdakı separatçıları təbrik etməsi Ermənistanın Azərbaycanla sülh danışıqlarını sabotaj etməsidir.


Millət vəkili bildirib ki, Paşinyanın separatçıları təbrik etməsi ona baha başa gələ bilər.  Paşinyan hələ 2019-cu ilin avqustunda “Qarabağ Ermənistandır” deyəndən sonra - 2020-ci ildə - müharibə başladı və İrəvan sarsıdıcı məğlubiyyətə düçar oldu.İndi də Paşinyanın Qarabağdakı separatçı ermənilərin “müstəqilliyi” ilə bağlı bəyanatı, Qarabağın ayrıca ərazi vahidi kimi olmasını arzu etməsi Ermənistan üçün əhəmiyyətli dönüş nöqtəsi sayıla bilməz. Paşinyanın qeyd etdiyi Dağlıq Qarabağ inzibati vahidi yoxdur, onun əvəzində Qarabağ iqtisadi rayonu var. Paşinyanın mövqeyi Azərbaycanın bölgədə sülh yaratmaq üçün hərbi tətbiqləri işə salmasına təkan verir, görünür ki, baş nazir 2019-cu ilin avqustundakı bəyanatının nəticələrindən dərs çıxarmayıb. Ermənistan baş nazirinin yeni açıqlaması ilə Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi barədə bəyanatı ziddiyyət təşkil edir. Ona görə də Azərbaycan Paşinyanın bu açıqlamasından sonra separatçılara qarşı anti-terror əməliyyatı keçirməklə Ermənistan hakimiyyətinin bəyanatlarına görə, məsuliyyətini başa sala bilər.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin