Bayrağımızı öpən türk polis mükafatlandırıldı - VİDEO/FOTO

09:19 - 12 Sentyabr 2023

Bayrağımızı öpən türk polis mükafatlandırıldı - VİDEO/FOTO

AVRO-2024-ün seçmə mərhələsinin V turu çərçivəsində baş tutan Türkiyə - Ermənistan matçından öncə stadiona gələn azarkeşin üzərinə baxış keçirən zamanı Azərbaycan bayrağını görüb onu öpən polis mükafatlandırılıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, türkiyəli polis məmuru Ramazan Şahin göstərdiyi həssaslıq və hörmətə görə Düzce valisi Səlcuq Aslan tərəfindən müvəffəqiyyət sertifikatına layiq görülüb.

S. Aslan Şahinə həssas davranışına görə təşəkkür edib.

Qeyd edək ki, bayrağımızı görən Türkiyə polisi onu bir neçə dəfə öpərək dövlət rəmzinə yüksək ehtiram göstərib. Onun bu addımı ətrafdakılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin