“Əlini kəsəcəyik” deyib telefonunu aldılar

09:26 - 12 Sentyabr 2023

“Əlini kəsəcəyik” deyib telefonunu aldılar

Bakıda quldurluq hadisəsi törədilib.

 

Manset.az xəbər verir ki, Binəqədi rayonu Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsində 2 nəfər şəxs K.Əlizadəni qorxudaraq mobil telefonunu əlindən alıblar.

Zaur və Hüsaməddin adlı şəxslər K.Əlizadəyə “Əlini kəsəcəyik”, deyərək hədə-qorxu gəliblər və ona məxsus “İphine 13Pro” markalı bahalı telefonunu əlindən alıblar.

Həyata keçirilmiş tədbirlərlə quldurluqda şübhəli bilinən şəxslərdən Zaur Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin