Salyanda küçədə yeni doğulmuş körpə tapıldı

10:03 - 12 Sentyabr 2023

Salyanda küçədə yeni doğulmuş körpə tapıldı

Bu səhər saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yeni doğulmuş (bir neçə günlük) qız uşağı tapılıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, körpə uşaq yoldan tapılaraq xəstəxanaya təhvil verilib.

Daxili İşlər Nazirliyinin (DİN) DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumatı təsdiqləyib.

N.Həmidov bildirilib ki, bu məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon Təcili Tibbi Yardım Stansiyasının tibb personalına təhvil verilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin