DYP-dən yeni tədris ili ilə bağlı MÜRACİƏT

10:24 - 12 Sentyabr 2023

DYP-dən yeni tədris ili ilə bağlı MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar vətəndaşlara müraciət edib.

 

Qurumdan Manset.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən nəzarət-profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə, cari ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə başlanılıb.

Tədbir çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, onların​ hərəkət marşrutlarında, eləcə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, mövcud yol nişanlarının, nişanlama xətlərinin yenilənməsi, yeni nizamlama vasitələrinin tətbiq edilməsi, bununla yanaşı uşaq və yeniyetmələr arasında maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli tədbirlərin​ gücləndirilməsi və bu sahədə media subyektlərinin, qeyri-hökumət təşkilatlarının imkanlarından geniş istifadə olunması nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlaması ilə əlaqədar yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində​ hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa​ çağırır.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin