Təranə Məmmədova yüksək vəzifəyə təyin edildi - FOTO

10:43 - 12 Sentyabr 2023

Təranə Məmmədova yüksək vəzifəyə təyin edildi - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

 

TƏBİB-dən Manset.az-a verilən məlumata görə, xəstəxananın direktoru vəzifəsi Təranə Məmmədovaya həvalə olunub.

Sentyabrın 11-də TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Təranə Məmmədovanı kollektivə təqdim edib.

Qeyd edək ki, T.Məmmədova 1975-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. O, 1982-ci ildə Rusiya Federasiyasının Novqorod şəhərindəki doğum evində anestezioloq-reanimatoloq, 1982-1985-ci illərdə həmin şəhərdə qadın məsləhətxanasında terapevt, 1998-2007-ci illərdə isə Bakı şəhəri 16 saylı Şəhər Poliklinikasında baş həkimin müavini, 2012-2021-ci illərdə Bakı şəhəri 37 saylı Şəhər Poliklinikasında baş həkim kimi fəaliyyət göstərib.

T.Məmmədova 2021-ci ildən hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor müavini, baş həkim vəzifəsində çalışıb.



Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin