Xanımı şəhidin qol saatını Xumar Qədimovaya bağışladı - VİDEO

13:21 - 10 Oktyabr 2023

Xanımı şəhidin qol saatını Xumar Qədimovaya bağışladı - VİDEO

Ötən gün Əməkdar artist Xumar Qədimova şəhid ailələri üçün təşkil edilən məclisdə iştirak edib.

 

Manset.az xəbər verir ki, tədbir zamanı sənətçi lirik ifalarını səsləndirərək şəhid analarına dəstəyini ifadə edib.

Bu zaman II Qarabağ müharibəsi şəhidi Taleh Kazımovun xanımı həyat yoldaşına aid qol saatını Əməkdar artistə bağışlayıb.

Şəhidimiz müğənninin bütün ifalarını bəyənərək dinləyirmiş.

Sözügedən görüntüləri nəğməkar-şair Cəlal Qurbanov sosial şəbəkə hesabında yayımlayıb. 


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin