Dilan Polatın ailəsindən yeni xəbər var - FOTO

19:06 - 11 Oktyabr 2023

Dilan Polatın ailəsindən yeni xəbər var - FOTO

Polat ailəsi Dilan Polatın böyük bacısı Sıla Doğu ilə yenidən sosial mediada gündəm olub.

 

Manset.az xəbər verir ki, 2020-ci ildə canlı yayımda kokain istifadə etdiyini etiraf edən videodan sonra bir müddət əvvəl saxlanılan Sıla Polat ifadəsindən sonra sərbəst buraxılıb.

Sabah qəzetinin müəllifi Mustafa Sait Özkanın xüsusi xəbərinə görə, Maliyyə Cinayətlərini İstintaq İdarəsi (MASAK) çirkli pulları yumadığı iddia edilən Polat cütlüyünə qarşı tədbir görərək, protokol hazırlayıb və prokurorluğa təqdim edib.

"100 milyon lirəlik şübhəli əməliyyatlar var' ifadəsinin yer aldığı hesabatda Dilan Polatın böyük bacısı Sıla Doğu da daxil olmaqla bir çox adamın adı çəkilib.

Sənədləşdirilmiş şərhdə  paylaşılan xəbərə görə, Bu xəbərdən sonra Sıla Doğu intihara cəhd edib. Doğunun xəstəxanaya yerləşdirilməsi də verilən məlumatlar arasında olub.

Sosial mediada sürətlə yayılan iddialardan sonra Sıla Doğunun vəkili Osman Eryiğit sosial media hesabından mövzu ilə bağlı açıqlama verib. Eryiğit intihar hadisəsini təkzib edərək, "Sıla Doğunun intihara cəhd etməsi xəbəri həqiqəti əks etdirmir" deyib.

Jalə 

Manşet.az



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin