"Fənərbağça" yenidən Türkiyə liderliyində

00:30 - 13 Noyabr 2023

Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub.

 

Manset.az  xəbər verir ki, turun son matçında "Fənərbağça" səfərdə "Adana Demirspor"un qonağı olub. Matçda hesab açılmayıb və tərəflər hərəyə 1 xal qazanıblar.

Bu nəticə ilə xallarını 31-ə çatdıran "Fənərbağça" yenidən liderliyə yüksəlib. 22 xalı olan "Adana Demirspor" isə üçüncü pillədə qərarlaşıb.

Günün digər görüşlərində "Beşiktaş" "Başakşehir"i, "Rizespor" "İstanbulspor"u, "Pendikspor" isə "Samsunspor"u 1:0 hesabı ilə məğlub edib.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin