İnzagi qələbəni belə dəyərləndirdi

18:19 - 13 Noyabr 2023

İnzagi qələbəni belə dəyərləndirdi

Milan "İnter"inin baş məşqçisi Simone İnzagi İtaliya A Seriyasının 12-ci turunda "Frozinone" üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

 

Manset.az  xəbər verir ki, italiyalı mütəxəssis fikirlərini "qara-göylər"in rəsmi saytına bölüşüb: 

"Dimarkonun qolu oyunda balans yaranan zaman gəldi. Bunadək bir neçə fürsət yaxalasaq da, faydalana bilməmişdik. 

Bu liqada bütün oyunlara hazırlaşmaq çətindir. Çünki "Frozinone" kimi mütəşəkkil və yaxşı hazırlıqlı komandalarla qarşılaşmalı oluruq. Millilərin oyunları ilə əlaqədar fasilədən sonrakı 6 matçı çox yaxşı keçirdik və eyni ruhda davam etməliyik.

Ümumiyyətlə cari mövsümün ilk 16 matçı çox yaxşı keçdi. Uşaqlar yaxşı, bir-biri ilə əlaqəli işləyirlər və eyni ruhda davam etməlidirlər. Çünki qarşıda hələ çox uzun yol var. Əlbəttə, bu yolda çətinliklər olacaq, amma biz çətinlikləri birlikdə dəf etməliyik".

Qeyd edək ki, 12 tura 31 xal toplayan "İnter" A Seriyasının lideridir. İkinci pillədəki "Yuventus"un isə 29 xalı var.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin