Messi tribunada gördüklərindən şoka düşdü - Komandanı meydandan çıxardı

10:40 - 22 Noyabr 2023

Messi tribunada gördüklərindən şoka düşdü - Komandanı meydandan çıxardı

Cənubi Amerikada Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya və Argentina matçında böyük qalmaqal yaşanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisələr Braziliyanın himni oxunarkən polisin argentinalı azarkeşlərə dəyənəklə hücum etməsindən sonra başlayıb.

Bunun üzərinə Argentina millisinin qapıçısı Emiliano Martinez polisə hücum edib.

Gördüklərindən şoka düşən və çox əsəbiləşən Lionel Messi dərhal komandanı meydandan çıxarıb.

Təxminən 20 dəqiqə sonra atmosfer sakitləşib və komanda yenidən meydana çıxıb. Həmçinin, çoxlu azarkeş xəsarət alıb. Oyunda Argentina Otamendinin qolu ilə 1:0 hesablı qələbə qazanıb.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin