Braziliya - Argentina matçında azarkeşlər dava salıblar - VİDEO

12:15 - 22 Noyabr 2023

Braziliya - Argentina matçında azarkeşlər dava salıblar - VİDEO

Dünya Çempionatı - 2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya və Argentina matçında iki ölkənin dövlət himnlərinin səsləndirilməsi zamanı futbol azarkeşləri arasında münaqişə yaranıb.

 

Manset.az xəbər verir ki, hadisə Rio-de-Janeyrodakı “Marakana” stadionunda baş verib. Oyun Bakı vaxtı ilə saat 4:30-da başlamalı olsa da, matçın startı təxirə salınmalı olub. Belə ki, dövlət himninin səsləndirilməsi zamanı bir neçə azarkeş arasında dava düşüb və sonda bu, böyük qalmaqala çevrilib. Azarkeşləri ayırmaq üçün polis müdaxilə edib. Asayiş keşikçiləri onlara tribunadan çıxarılmış stullarla vuran dava iştirakçılarına qarşı dəyənəkdən istifadə edib.

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi komanda ilə birlikdə tribunalara gedərək azarkeşləri sakitləşdirməyə çalışsa da, cəhdləri uğursuz alınıb. Bundan sonra o, komandanı meydandan kənarlaşdırıb. Braziliyalı futbolçular isə meydançada  rəsmilərin qərarını gözləyiblər.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin