La Liqa prezidenti istefa verdi

19:20 - 22 Noyabr 2023

La Liqa prezidenti istefa verdi

İspaniya La Liqasının prezidenti Xavyer Tebas vəzifəsindən istefa verib.

 

Manset.az "Marca"ya istinadən xəbər verir ki, o, seçkilərdə yenidən prezident seçilmək üçün bu addımı atıb. Tebasın istefası ilə 2024-cü ildə keçirilməsi gözlənilən prezident seçkilərinin bu il təşkil olunacağı gözlənilir. 

2013-cü ildən İspaniya La Liqasının prezidenti olan Xavyerin 4-cü dəfə yeganə namizəd kimi prezident seçiləcəyi iddia edilir.

Seçkilərin gələn il keçiriləcək İspaniya Futbol Federasiyası seçkiləri ilə ziddiyyət təşkil etməməsi üçün bu üsuldan istifadə edildiyi bildirilir.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin