Azərbaycan yığması 4-cü oyunda da məğlub oldu

19:17 - 23 Noyabr 2023

Azərbaycan yığması 4-cü oyunda da məğlub oldu

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, milli Litva yığması ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb - 3:0 (7:25, 14:25, 13:25).

Azərbaycan millisi bundan əvvəl Latviya, Ukrayna və Estoniyaya eyni hesabla məğlub olub.

Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin