"Tottenhem" uduzub 5-ci pilləyə düşdü

23:00 - 26 Noyabr 2023

İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilir.

 

Manset.az xəbər verir ki, bu gün "Tottenhem" öz meydanında "Aston Villa"nı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Tottenhem" - "Aston Villa" - 1:2

Qollar: Lo Çelso, 22 (1:0), Torres, 45+7 (1:1), Vatkins, 61 (1:2)

Bu nəticədən sonra "Aston Villa" xallarını 28-ə çatdırıb və "Tottenhem"i qabaqlayaraq 4-cü pilləyə yüksəlib. "Tottenhem" 26 xalla 5-cidir. Turnir cədvələni 30 xalla "Arsenal" başçılıq edir.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin