Azərbaycan cüdoçuları Yaponiyada təlim düşərgəsində iştirak edir

23:33 - 26 Noyabr 2023

Azərbaycan cüdoçuları Yaponiyada təlim düşərgəsində iştirak edir

Azərbaycanın cüdo üzrə milli yığma komandası 11 noyabrdan etibarən Yaponiyada təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir.

 

Manset.az xəbər verir ki, təlim-məşq toplanışına böyüklərdən ibarət milli yığma komandanın 18 üzvü qatılıb. Hazırlıq prosesi noyabrın 28-nə qədər davam edəcək. 

Cüdoçularımız noyabrın 11-dən 21-dək Tokay Universitetində təlim düşərgəsində iştirak ediblər. Cüdoçularımız təlim-məşq toplanışını noyabrın 21-dən etibarən isə Tsukaba Universitetində davam etdirəcəklər.

Cüdoçularımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edir.

Təlim-məşq toplanışı 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına uzunmüddətli hazırlığın bir hissəsidir.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin