"Qalatasaray" 2 dünya ulduzu üçün hərəkətə keçdi - FOTO

17:18 - 27 Noyabr 2023

Türkiyənin "Qalatasaray" klubu qış transfer pəncərəsində "Barselona" və "Atletiko Madrid"in iki ulduzunu almaq niyyətindədir.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Erden Timur məşqçi Okan Burukun məlumatlarına əsasən hərəkət edərək hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.

Transferlə bağlı ciddi addımların atılıb-atılmayacağı isə Çempionlar Liqasının qrup mərhələsindən sonra aydınlaşacaq.

İddialara görə, Burukun ilk hədəfi "Barselona"da heyətə düşməkdə çətinlik çəkən Alonsodur.

Bu səbəbdən də Alonsonun Kataloniya komandasını fasilədə tərk edəcəyi dəqiqləşib. 32 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. Alonsonun müqaviləsini daha bir il uzatmaq imkanı var.

Bundan başqa, mövsümün əvvəlində "Qalatasaray"ın gündəmində olan Depay üçün fasilədə yenidən gediş ediləcək. Sarı-qırmızılı komandanın vitse-prezidenti Erden Timurun bu transferdə çox israrlı olduğu qeyd olunub.

Depay bu mövsüm "Atletiko Madrid"in heyətində 4 matçda iştirak edib. Hollandiyalı ulduz bu oyunlarda 2 qol vurub. Depayın hazırkı bazar dəyəri 14 milyon avrodur.



Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin