Xankəndi stadionunda təmir işləri nə yerdədir? - Nazir açıqladı

17:24 - 04 Dekabr 2023

Xankəndi stadionunda təmir işləri nə yerdədir? - Nazir açıqladı

"Xankəndi şəhər stadionunda təmir-bərpa və yenidənqurma işləri davam etdirilir".

 

Manset.az xəbər verir ki, bunu İqtisadiyyat.az-ın sualına cavab olaraq gənclər və idman naziri Fərid Qayıbov deyib.

"Təmirdən sonra oyunlar keçiriləcək. Xankəndi şəhər stadionunda davamlı oyunların keçirilməsini planlaşdırırıq", - nazir əlavə edib.

Qeyd edək ki, Xankəndi şəhərində yerləşən stadionda ilk oyunun dekabrın 21-də keçirilməsi nəzərdə tutulub. Matçın Azərbaycan kubokunun 1/8 finalında "Qarabağ” – MOİK  arasında keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilib


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az